"Qarabağ" Portuqaliya çempionatında yeni transfer edəcək. Son ölkə çempionu "Şaveş" klubunun futbolçusuna elçi düşüb.
Fanat.Az xəbər verir ki, söhbət braziliyalı yarımmüdafiəçi Juninyodan gedir. Bu barədə "O Jogo" məlumat yayıb.
Əslində Ağdam klubu 26 yaşlı oyunçu ilə hələ ötən ildən maraqlanırdı. Lakin transferi həyata keçirmək mümkün olmayıb.
"Qarabağ" bu yay da Juninyo üçün irəli atılıb və mənbə tərəflər arasında anlaşma əldə olunduğunu yazır. "Köhlən atlar"ın vinger üçün 500 min avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Juninyo Portuqaliya çempionatında başa çatan mövsümdə "Şaveş"in heyətində 30 oyunda iştirak edib və 4 qol vurub.
Röya