Ukraynada legioner həyatı yaşayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Emil Mustafayev karyerasını elə həmin ölkədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Mixaylo Spivakovski özünün "TaToTake" proqramında bildirib.
Belə ki, yarımmüdafiəçi "Polissya" ilə anlaşıb. Mustafayevlə müqavilənin müddəti 2 illikdir.
Jitomir şəhərini təmsil edən "Polissya" yeni mövsümdən Ukrayna Premyer Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, iki gün əvvəl "Aleksandriya"dan ayrılan Emillə "Zirə"nin də maraqlandığı bildirilirdi.
Mirağa