“Neftçi” Azərbaycan millisinin üzvü Filip Ozobiçin keçidini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" xorvat futbolçunun transferini rəsmi saytı vasitəsilə elan edib.
Mövsümün sonunda “Qarabağ”dan ayrılan yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.
Ozobiç “Neftçi”nın mövsümlərarası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. “Ağ-qaralar” daha əvvəl “Səbail”dən Emil Balayevlə müqavilə bağlayıb.