Bu gün daha bir Premyer Liqa təmsilçisi növbəti mövsümün hazırlıqlarına başlayır.
Fanat.Az xəbər verir ki, "Səbail" klubu təlim-məşq məqsədi ilə bir araya gəlir.
İlk məşq saat 19:00-da Bakı Olimpiya Stadionunda olacaq.
"Dənizçilər" hazırlığın iyulun 1-8-i aralığındakı ilk mərhələsini Bakıda keçirəcək və BOS-da məşq edəcək. Komanda ayın 7-də "Kəpəz"lə yoxlama oyunu keçirməyi planlaşdırır.
"Səbail" toplanışın ikinci mərhələsi üçün iyulun 9-da Türkiyənin ərzurum bölgəsinə yollanacaq. Qardaş ölkədə 3 sınaq matçının keçirilməsi nəzərdə tutulur.