Üç gündür İsveçdə olan "Qarabağ"ın hücumçusu Musa Qurbanlının kareyrasını bu ölkədə davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi son məlumata görə, "Yurqorden" rəsmiləri ilə görüşən 21 yaşlı forvard keçidin bütün detallarını müzakirə edib və tərəflər artıq ortaq məxrəcə gəlib.
Orada olduğu müddətdə klubun infrastrukturu ilə də tanış olan Musa qərarını qətiləşdirib.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Qurbanlı 2022/2023 mövsümündə "Qarabağ" forması ilə Azərbaycan Premyer Liqasında 21 qol vurub.
Nihat