"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, "dənizçilər" yarımmüdafiəçi Yadin Luqasinin keçidini rəsmiləşdirib.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı israilli futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, bir qədər öncə “Səbail” daha bir israilli futbolçu Nir Bardea ilə də 1 illik müqavilə imzalandığını açıqlamışdı.