Bu yay "Sumqayıt"dan ayrılan Kərim Abubakarın yeni klubu məlum olub.
Fanat.Az xəbər verir ki, qanalı hücumçu Qazaxıstanın "Kaspi" klubuna keçib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Xatırladaq ki, Abubakar ötən mövsüm "Sumqayıt"la Misli Premyer Liqasında 18 oyunda 3 qol vurub.