AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA tərəfindən təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsində iş başında olacaq.
Türkiyəli komitə sədri Maltada "Baltsan" və Sloveniyanın “Domjale” komandaları arasında keçiriləcək cavab oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 18-də baş tutacaq.