"Sabah"ın UEFA Konfrans Liqasında debüt oyunlarını İTV kanalı yayımlayacaq.
Bu barədə Fanat.Az-a telekanalın idman departamentinin rəhbəri Kənan Hakimov məlumat verib.
"Biz artıq 3 ildir klublarımızın təsnifat mərhələsində oyunlarının yayımlayırıq. Ümumiyyətlə, hər klub təsnifat mərhələsində istədiyi telekanalla yayım məsələsində əməkdaşlıq etmək baxımından sərbəstdir. Həm də avrokuboklarda 2-ci təsnifat mərhələsinin oyun günlərində və saatlarda adətən toqquşma olur. Bu baxımdan təmsilçilərimizin oyunlarının bir neçə telekanalda yayımlanması normaldır.
Niyə məhz "Sabah"? Hər halda, "Sabah" - "Beşiktaş" oyununu da "İdman TV" ilə birgə biz yayımlamışdıq. Təşəbbüs qarşılıqlı oldu, danışdıq və razılaşdıq".
Qeyd edək ki, "Sabah" Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Azərbaycanı ilk dəfə avrokubokda təmsil edəcək bakılıların bu mərhələdəki rəqibi “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. "Sabah" ilk oyununu səfərdə keçirəcək.
Mirağa