Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” növbəti transferini reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi braziliyalı müdafiəçi Luan Da Silva ilə anlaşıb.
Mərkəz müdafiəçisi iyulun 15-i səhər saatlarında "dənizçilər"in Ərzurumdakı düşərgəsinə qoşulacaq.
27 yaşlı braziliyalının son klubu Bolqarıstan "Lokomotiv Plovdiv"i olub. O, karyerası ərzində Avstriya Bundesliqa klublarından olan "Ştrum Qraz", "St.Pölten" və "Admira Vakker"də çıxış edib.
Qeyd edək ki, "Səbail" Türkiyədə son klubu Fransanın “Sedan” klubu olan Madaqaskar millisinin hücumçusu Alexandre Ramalinqomun transferini reallaşdırıb.
Mirağa