"Kəpəz" klubu növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Gəncə klubu Ehtiram Şahverdiyevi heyətinə qatıb.
Bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ehtiram Şahverdiyev ötən mövsüm "Turan Tovuz"un formasını geyinib. O, yayda tovuzlularla yeni anlaşma əldə etsə də, bir ay sonra müqaviləyə son verib.
"Kəpəz" Ehtiramdan əvvəl Vurğun Hüseynov, Rüfət Əhmədov və Əli Səmədovun transferini açıqlayıb.