Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı bu gün İsveçdə debüt edə bilər.
Fanat.Az xəbər verir ki, hücumçumuzun komandası "Yurqorden" çempionatda "Malmö" ilə prinsipial matça çıxacaq.
"Allsvenskan"da turnir cədvəlinin 3-4-cü pillələrində qərarlaşan komandaların dueli böyük maraq doğurur. "Yurqorden"in ev sahibi olduğu görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Musa artıq şənbə günündən etibarən yeni komandasının məşqlərinə qoşulub. 21 yaşlı forvard dünənə qədər işçi vizasını almasa da, İsveç mətbuatı onun derbidə oynamaq şansını yüksək qiymətləndirir. Belə ki, klub Qurbanlının problemini yeni iş həftəsinin ilk günü, yəni bu günün ilk yarısında həll etməyə çalışır. Onunla yanaşı, digər yeni hücumçu Feliks Va da hələ sifariş olunmayıb.
Xatırladaq ki, Qurbanlı bu ayın əvvəlində "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.
Mirağa