“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqada çıxış edəcək əyalət təmsilçisi braziliyalı yarımmüdafiəçi Vanderson Kavalkante Melo ilə anlaşıb.
Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.