Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” son yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Bakı klubu Yunanıstan təmsilçisi "Olimpiakos"la üz-üzə gəlib.
Kematen stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə hesabı açsa da, Murad Musayevin baş məşqçi olduğu komanda üstünlüyünü qoruya bilməyib.
Qeyd edək ki, "Sabah" daha əvvəl Qətərin "Əl-Sədd" komandasını 3:1 hesabı ilə üstələyib, ikinci görüşündə isə Almaniya “Sankt-Pauli”sinə uduzub - 1:4.