Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” sabah ilk yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun komandası Super Liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşacaq.
Oyun Türkiyə vaxtı ilə saat 17:00-da “Fenerbahçe Topuk Yaylası”nın meydançasında start götürəcək.