"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyevin "Neftçi"yə keçidi bu yay baş tutmasa da, onun ağ-qara formanı yaxın 1 il ərzində geyinmək ehtimalı yüksəkdir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu yöndə əsas problem Ayazın Moskva klubu ilə müqaviləsinin müddətinin gələn ilin yayına qədər olmasındadır.
Belə ki, "Ximki" Azərbaycan əsilli futbolçusunu havayı buraxmaq niyyətində deyil və onu azı 500 min dollara satmağı planlaşdırır. "Neftçi" isə qarşı tərəfə bu məbləği ödəmək fikrindən çox uzaqdır.
Ayaz Bakı klubuna ya azad agent statusu daşıyacağı, ya da on mövsümün yekunlarına əsasən, elitanı tərk edən Moskva təmsilçisi onu təqribən 100 min dollara satmağa razı olacağı halda qoşula bilər. Bu variantlar alınmasa, bakılılar bu yöndə növbəti cəhdi qışda edəcəklər.
Qeyd edək ki, 26 yaşlı Ayazın Azərbaycan millisinə cəlb edilməsi də gündəmdədir.
Nihat