12:20 22.07.2023 2291

Sərvət Çətin "Səbail"dən ağızdolusu danışdı: "Xüsusilə afrikalı oyunçuları..."

"Səbail" Ərzurumda keçirdiyi yay təlim-məşq toplanışını başa vuraraq sabah vətənə dönəcək. Şahin Diniyevin komandası Türkiyədə keçirdiyi 3 sınaq matçından 2-də qələbə ("Ərzurumspor" - 4:3, "Konyaspor" - 2:0), 1-də isə heç-heçə ("Sivasspor" - 1:1) oynayıb. 

Fanat.Az xəbər verir ki, "Sivaspor"un Azərbaycan əsilli baş məşqçisi, Türkiyə millisinin keçmiş müdafiəçisi Sərvət Çətin "Səbail"in oyununu dəyərləndirib. 

"Dənizçilər"in mətbuat xidmətinin əməkdaşlarına açıqlama verən Çətin Bayıl təmsilçisindən ağızdolusu danışıb: "Səbail"lə eyni oteldə məskunlaşmışdıq. Bu üzdən bir-birimizi yaxından tanımaq imkanımız oldu. Əslində Şahin Diniyevi tanıyıram. Çox təcrübəli bir mütəxəssisdir, Azərbaycan milli komandasını da çalışdırıb. Ayrıca, onun köməkçilərindən Səbahəddin Təkini də gördüm. Yaxşı komanda qurduqlarını deyə bilərəm. Xüsusilə afrikalı oyunçularını, stopperlərini və kapitanı qeyd etməliyəm. Həm bizimlə, həm də "Konyaspor"la oyunlarda səviyyələrini ortaya qoydular. Düzdür, biz 1:1 oynadıq, amma qarşımızda sistemli oynayan bir komanda gördüm. Baxmayaraq ki, "Səbail"də köklü dəyişiklik olub. Məşqçilərdən öyrəndim ki, heyət yenidən qurulub. Şahin bəyi təbrik etmək istəyirəm, yeni transferləri uğurlu alınıb. "Konyaspor"la matçın 45 dəqiqəsini izlədim, amma bizimlə matçdakı kimi eyni sistemlə oynayan, mövqe futbolu sərgiləyən, fərdi keyfiyyətləri yüksək olan oyunçulardan qurulmuş bir komanda var idi meydanda. Əksəriyyəti yeni olsa da, xətlərarası əlaqə yüksək səviyyədə idi. 

"Sumqayıt"la da yoxlama matçında qarşılaşacağıq. Həm bizim, həm də "Səbail"in məşqçilər korpusu üçün maraq doğuran bir qarşılaşma olacaq. Çünki sizinkilər ilk turda "Sumqayıt"la qarşılaşacaqlarını bildirdilər. 

İnanıram ki, "Səbail" çempionatda böyük uğura imza atacaq. Bu komanda yaxşı nəticə əldə etməyə qadirdir. Bildiyim qədərilə Azərbaycanda yeni mövsümün başlamasına 10 gün qalıb. Bu müddətdə komanda daha da formaya düşəcək". 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X