“Araz-Naxçıvan” heyətini daha bir legionerlə gücləndirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı bosniya və herseqovinalı Numan Kurdiçi transfer edib.
Bu gün Bakıya gələn mərkəz müdafiəçisi tibbi müayinədən sonra 1 illik müqavilə imzalayıb. Kurdiç bu gun komandanın Qəbələdəki toplanışına qoşulacaq.
24 yaşlı oyunçu karyerası ərzində yerli “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib.