Azərbaycanlı futbol hakimlərinin 2023/2024 mövsümünə hazırlıq məqsədilə Premyer Liqa, I və II liqa hakimləri və hakim-inspektorları üçün yay seminarı start götürüb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən seminara UEFA təlimçisi Yorn Vest Larsen başçılıq edir.
Bakıda keçirilən kursda danimarkalı ilə yanaşı, qitə futbol qurumunun təhsil üzrə məsləhətçi Burçin Keskin, köməkçi hakimlərlə çalışan Tarık Ongün və Bahattin Duran da iştirak edirlər.
Həmçinin, Fırat Aydınus və idman psixoloqu Turqay Biçer də müxtəlif mövzularda təlimlər keçirlər.
Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşekin rəhbərliyi ilə təşkil olunan seminar iyulun 30-dək davam edəcək.