"Qəbələ" 2023/2024 mövsümü üçün yeni formalarını təqdim edib.
Fanat.Az.xəbər verir ki, yeni formalar qırmızı və ağ rəngdədirlər.
Bölgə təmsilçisi yeni mövsümdə ilk oyununu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində evdə "Omoniya"ya qarşı keçirəcək. İyulun 27-də baş tutacaq matç saat 20:00-da başlayacaq.