Azərbaycan millisinin forvardı Musa Qurbanlının Konnfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında - İsveçrə "Lütsern"i ilə bu gün keçiriləcək səfər qarşılaşmasında "Yurqorden"in start "11-liy"ində yer alıb-almayacağına aydınlıq gəlib.
Fanat.Az "svenskafans" saytına istinadən xəbər verir ki, "Yurqorden"in idman direktoru Bosse Andersson bu haqda belə deyib:
"Hücum xətti üçün bir neçə variantımız var. Komanda irəliləmək üçün qol vurmalıdır və hesab edirik ki, Musa ilk dəqiqələrdən hücumun mərkəzində yer alacaq".
Qeyd edək ki, "Yurqorden" bu rəqibə qarşı evdə keçirdiyi ilk matçda 1:2 hesabı ilə yenilib.
Nahid Məmmədov