Misli Premyer Liqasının ilk turu çərçivəsində baş tutan "Kəpəz" - "Neftçi" matçında yerli azarkeşlər xoreoqrafiya nümayiş etdiriblər.
Fanat.Az xəbər verir ki, bu dəqiqələrdə davam edən görüşün start fiti ərəfəsində "Xəmsə" və "Kəpəz Ultras" fanklublarının birgə hazırladığı nəhəng xoreorqafiya nümayiş etdirilib.
Mərkəzi sektoru bütöv örtən parçanın üzərində Kəpəz dağının simvolu və bayraq əks olunub.
Yeri gəlmişkən, görüşü izləyənlər arasında Gəncənin icra başçısı Niyazi Bayramov da var.
Mirağa