Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubunun - Zaqreb “Dinamo”sunun Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan AEK-i ilə bu gün keçirməli olduğu matç təxirə salınıb.
Fanat.Az Xorvatiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb iki komandanın fanatları arasında Afina yaxınlığında baş verən qanlı insidentdir.
Hadisə nəticəsində 22 yaşlı yunan tərəfdarın bıçaqlanaraq öldürülməsi UEFA-nın görüşü ertələməsini şərtləndirib.
Bu komandalar arasında hər iki oyun azarkeşsiz keçiriləcək.