Azərbaycan millisinin və "Yurqorden" klubunun forvardı Musa Qurbanlı İsveç mətbuatına danışıb.
Fanat.Az xəbər verir ki, "Forum 1891" Musanın dediklərini belə çatdırıb:
“Rəqabət həmişə yaxşıdır. Bu, həm oyunçu, həm də komanda kimi inkişaf etməyimizə kömək edir. Güclü futbolçular çox olduqda hər zaman ən yaxşı oyununu göstərməyə məcbur qalırsan. Buradakı rəqabət də əyləncəlidir”.
Qeyd edək ki, bu yay "Qarabağ"ı İsveç klubuna dəyişib.
Nahid Məmmədov