UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" İngiltərə millisinin üzvü ilə güclənir.
Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik" yayıb.
Xəbərə görə, "qartallar" bu yay "Liverpul"dan ayrılan Aleks Oksleyd Çemberleyn ilə şifahi razılıq əldə edib. Mənbə futbolçunun artıq İstanbulda olduğunu və tərəflərin yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyini vurğulayıb.
Qeyd edək ki, "Neftçi" "Beşiktaş"la ilk oyununu bu gün Bakıda keçirəcək.
Nahid Məmmədov