İsveç çempionatında 19-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının çıxış etdiyi “Yurqorden" bu gün növbəti oyununa çıxacaq.
Hücumçumuzun komandası səfərdə "Qotenburq"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Yurqorden" hazırda turnir cədvəlində 33 xalla 4-cüdür.
Xatırladaq ki, 21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.