"Turan Tovuz" Misli Premyer Liqasının 3-cü turunda Gəncədə "Kəpəz"lə "Qərb derbisi"nə çıxacaq.
"Boz qurdlar"ın sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, Ayxan Abbasovun yetirmələri bu gün Bakıdan Nizami yurduna yollanıb:
"Turan tovuz" 17:30-da matçın keçiriləcəyi stadionda məşqə çıxacaq. "Qərb derbisi"nidə yalnız əvvəlki iki turda da zədə üzündən oynamayan braziliyalı hücumçu Luis Paçu iştirak edə bilməyəcək".
Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması sabah baş tutacaq. Matçın start fiti saat 17:00-da səsləndiriləcək.
Nahid Məmmədov