Rusiyanın “Ximki” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını Azərbaycanda davam etdirə bilər.
Fanat.Az Rusiyanın "Sport-ekspress" nəşrinə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Sabah”a keçməyə yaxındır.
Qeyd edək ki, daha əvvəl azərbaycanlı futbolçunu "Neftçi"nin transfer edəcəyi bildirilirdi. Ancaq təzminat məsələsində klublar razılığa gəlməyiblər.
Nahid Məmmədov