Futbol üzrə I və II Liqalarda 2023/2024 mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkatma mərasimində Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, eləcə də klubların nümayəndələri iştirak ediblər.
Komanda rəsmiləri yarışların reqlamenti və formatı ilə bağlı məlumatlandırıldıqdan sonra hər iki yarışın püşkü atılıb. Əsasnaməyə görə, I Liqanın 1-ci dövrəsində meydan sahibi olacaq komandalar III dövrədə də rəqiblərini qəbul edəcəklər.
I Liqa
I tur
“Difai Ağsu” – MOİK
“Zaqatala” - “İrəvan”
“Karvan” - “Mingəçevir”
“Qaradağ Lökbatan” - “Şamaxı”
“Araz Saatlı” - “İmişli”
II Liqa
I tur
“Ağdaş” - “Şahdağ”
“Baku Sportinq” - “Şəfa Baku”
“Şəki Siti” - “Dinamo”
“Lerik” - “Qusar”
“Şəmkir” - “Kür-Araz”
“Füzuli” - “Cəbrayıl”
“Göygöl” - “Kürmük Qax”
Qeyd edək ki, II Liqa sentyarın 4-də, I Liqa isə sentyabrın 13-də başlayacaq.