"Araz-Naxçıvan" qapıçı Şahin Zəkiyevi Birinci Liqada iştirak edəcək "Karvan" klubuna icarəyə verib.
Fanat.Az xəbər verir ki, bu barədə muxtar respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klublar arasında əldə olunmuş anlaşmaya görə, qolkiper mövsümün sonuna qədər Yevlax təmsilçisinin qapısını qoruyacaq.