12:03 24.08.2023 478

Müasir texnologiya, müasir futbol!

İnsan övladının ən kiçik yaşdan ilk maraq etdiyi oyuncaqların içində top ən başda gəlir. Oğlan uşaqlarında bu maraq sonradan daha da artır. Küçə futbolları, əzilmələr, yıxılmalar fonunda davam edən bu uşaq marağını gördükdə, adam istər-istəməz anlayır ki, biganə qalmamalıdır. Dünya futboluna nəzər salanda ən uğurlu komandaların, professional uşaq futbol məktəblərinə malik olan komandalar olduğu, ən uğurlu futbolçuların isə, ən yaxşı məktəblərdən gəldiyi bəlli olur.    

Hər sahədə olduğu kimi, bu məsələdə də, bizim özümüzə xas  “standarlarımız” olduğu bəllidir. Uşaqlarçün yaradılmış futbol məktəblərinə üz tutsaq,  əksər hallarda futbolda “bəxti gətirməyən”, karyerasını gənc yaşda bitirən bir məşqçi və   gündən günə artan, standartları bəlli olmayan meydançalardan biri çıxacaq. Yəni bu sahədə də çox böyük bazar formalaşıb. Sözün bütün mənalarında-bazar! Aparıb  uşağı versən, səndən dərhal nə qədərsə forma, buts pulu, nə qədərsə də aylıq ödəniş alıb, uşağı da boş-boşuna meydançanın eninə-uzununa qaçıracaqlar.Uzağı, arada bir uşaqları iki komandaya bölüb futbol oynadacaqlar, vəssalam. 
Digər tərəfdən, orta  məktəbdə müəllimlərlə vaxtaşırı təmas bəs edir ki, uşağın hansı fənlərə daha həssas yanaşdığını, hansı yöndə necə inkişaf etdiyini biləsən. Bəs futbolda? Aylarla topu buradan oraya, oradan buraya vurmaq, qaçmaq, tullanmaq hələ heç nə deyil axı. Bu yöndə övladının  professional şəkildə məşğul olmasını istəyirsənsə, uşağın çatışmayan cəhətini, zəif tərəfini bilmək və həmin sahələrlə  daha çox məşğul olunaraq problem aradan qaldırmaq və inkişafı təmin etmək lazım olur. Məsələnin bu tərəfində, qarşımıza paytaxtda fəaliyyət göstərən maraqlı bir mərkəz çıxdı. O mərkəzlə tanışlıqdan sonra qərara gəldik ki, mərkəzin fəaliyyəti və  burada görülən işlərlə bağlı məlumat verək. Məncə bu məlumatları bilmək, çoxumuzun işinə yaraya bilər. Ən əsas da övladını professional futbolçu yetişdirmək istəyən valideyinlərin.

Mərkəzin yaradıcısı uşaq yaşlarından Rusiyanın “Spartak”, “Torpedo” kimi məşhur klublarında oynayan, daha sonra vətənə dönüb 15-16 yaşında “Bakı” klubunda, 16-24 yaşlarında isə ölkəmizin futbol qüruru olan “Qarabağ” klubunda karyerasını davam etdirənToğrul Bilallıdır. Futbol karyerasının arasına hərbi xidmət girən bu gənc, vətənə xidməti başa vurduqdan sonra özünü uşaqların daha peşəkar yetişdirilməsi ilə bağlı sınamaq qərarına gəlib. Və budur, qarşımızda  “Azerbaijan Football Performance Center” kimi müasir bir futbol mərkəzi var. Toğrul deyir ki : “Bizim prioritetimiz futbolçulardan topladığımız məlumatları ən son texnologiyalardan istifadə edərək futbolçunun inkişaf yolunu daimi nəzarətdə saxlamaqdır.” 

Bəli, məhz texnologiyaların köməkliyi ilə. Bu mərkəzin başlıca amalı məhz budur. Xüsusi cihazlar vasitəsi ilə inkişafda olan gəncin hansı yöndən nə qədər inkişaf etməsi, hansı tərəfdən irəlilədiyi dəqiqliyi ilə ölçülə bilir.  İstifadə edilən cihazlar və proqramlar dünyanın üst futbol akademiyaları tərəfindən istifadə olunan cihazlardır. Əldə olunan informasiya nəticəsində futbolçuların hansı istiqamətdə inkişaf etdiyini və ya hansı tərəflərinin inkişafdan qaldığını görmək və adaptiv inkişaf planı hazırlamaq mümkündür. 

Toğruldan soruşuram ki, belə bir müasir mərkəzi qurmaqda məqsədiniz nədir? Cavabı məqsədini tam aydın izah edir: “Məqsədimiz gənc futbolçuların inkişafını təmin edib onları dünyanın aparıcı klublarının və akademiyalarının tələb etdiyi standartlara uyğun hazırlamaqdır. Biz artıq təkcə öz ölkəmizi düşünməməli, ölkədən kanardakı klublarda da oynamağa hazır olan gənclər yetişdirməliyik.” Bunu deyib ardınca da qeyd edir:
   - “Müasir texnologiya, müasir futbol” devizi ilə çıxdığımız bu yolda hər şeyi ən yüksək səviyyədə etmək üçün çalışacığıq!

Mərkəz  təkcə futbolçuların bacarıqlarını artırmaq və futbolda inkişafına nail olmaqla kifayətlənmir. Gənclərin həyat tərzi, psixologiya, qidalanma kimi və s. mühüm faktorların inkişafını da hədəflər. 

Beləliklə də “Azerbaijan Football Performance Center” hər hansı bir futbolçunun bir il ərzində normadan 8-10 dəfə artıq inkişafını təmin edə bilir. “Bəs bu inkişafı görmək üçün nə qədər vaxt tələb olunur?” sualının cavabında məktəbin qurucusu  qeyd edir ki: “Adaptiv analitik üsullarımız və istifadə etdiyimiz texnologiyalar bu inkişafın ilk aylardan görülməsini təmin edir.”  

Nə gözəl! Bizə də belə gözəl işə və gözəl amala uğurlar arzulamaq düşər. Uğurlu olsun!

Sonda onu da qeyd edim ki, mərkəzlə tanış olmaq və ya əlaqə saxlamaq istəsəniz, mərkəzin “afpc.az” instaqram səhifəsi üzərindən bunu edə bilərsiz.

Çingiz Özgür

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 İyun 2025
14:53

Qarnaço Mançesteri Londona dəyişə bilər

14:34

Aleks De Souzanun yeni iş yeri bilindi - RƏSMİ

14:16

"Mən "Qızıl top"u həmişə ona verərdim" - Serxio Ramos

13:58

Klublararası dünya çempionatı: "Borussiya Dortmund" ilə "İnter" ilk sınağına çıxır

13:39

İngiltərəni Konfrans Liqasında təmsil etmiş məşqçi "İmişli"ni çalışdıra bilər - AÇIQLAMA

13:20

Çempion Ceydon Sançonu istəyir

13:02

35 yaşlı müdafiəçi "Mançester Siti"ni digər İPL klubuna dəyişir

12:44

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

12:26

Beyl İngiltərə klubunun səhmlərini almağa yaxındır

12:08

İdman Arbitraj Məhkəməsi İrlandiya klubunun şikayətini rədd etdi

11:50

AFFA 2 kluba texniki məğlubiyyət verdi

11:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:16

"Sabah"ın mümkün rəqiblərinin sayı dəqiqləşdi - Bu 4 komandadan biri ilə qarşılaşacaq

10:58

"Araz-Naxçıvan" Almaniyadan futbolçu transfer etdi

10:27

Ronaldulu "Əl-Nəsr"də qalmaqal - Baş direktor klubu məhkəmə ilə hədələdi

10:06

Dünya çempionatı: Daha iki cüdoçumuz mübarizəyə qoşulur

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

AL: "Sabah"ın rəqibi müəyyənləşir - YENİLƏNİR

09:00

Klublararası dünya çempionatı: Juninyo oynamadı, komandası qalib gəldi

01:21

"Çelsi" klublararası dünya çempionatına inamlı qələbə ilə başladı

00:40

"Bayern Münhen"in hücumçusu Zaqreb "Dinamo"suna keçdi - RƏSMİ

16 İyun 2025
23:42

"Axmat"ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

23:06

Paytaxt klubu 37 yaşlı ispanla müqavilə yenilədi

22:07

Bonuççi qadın futbolçunu bu vəziyyətə saldı - VİDEO

21:38

Edin Ceko İtaliya klubu ilə anlaşdı

21:05

"Barselona" Asiya turnesində bu komandalarla qarşılaşacaq

20:41

"Neftçi"də növbəti ayrılıq

20:20

"Qarabağ" beynəlxalq turnirin qalibi oldu

19:50

Mark-Andre ter Ştegen "Qalatasaray"da? - SON DURUM

19:14

Dünya çempionatı: Zelim yarımfinalda uduzdu

18:41

Dovbikin agenti müştərisinin satılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

18:10

Rafael Fiziyev Qurban Qurbanovla görüşdü

17:48

Zelim Tçkayev yarımfinala vəsiqə qazandı

17:19

Luis Dias toydan əvvəl dişlərinə brilyant düzdürdü - FOTO

16:53

Hələ tarixdə "Bayern" kimisi olmamışdı

15:44

"Bayern"in yeni transferi 10:0-ı şərh etdi

15:38

Elçin Məsiyev Portuqaliyanın oyununa təyinat aldı

15:03

Osimhen üçün "qızıl müqavilə" - Ərəblərdən fantastik təklif

14:40

"Real Madrid" yeni mövsüm üçün səfər formasını təqdim etdi - FOTO

14:19

ÇL: "Qarabağ"ın ilk rəqibinin açıqlanacağı tarix bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X