Bu gün Misli Premyer Liqasında IV tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç günə sığacaq turun ilk oyun günündə bir qarşılaşma keçirilib.
Debütant "Araz-Naxçıvan" Mərdəkanda "Sumqayıt"ı qəbul edib. İlk üç turdan sonra xal itirməyən, keçirdiyi hər iki matçda qələbə qazanan "Sumqayıt" 2-ci pillədə qərarlaşmışdısa, aktivində 3 xal olan "Araz-Naxçıvan" 6-cı yerdəydi. Bu komandaların oyununda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Qeyd edək ki, turun digər oyunları 26 və 27 avqustda olacaq.
Misli Premyer Liqası
IV tur
25 avqust
Araz-Naxçıvan - Sumqayıt 1:1
Qollar: Turan Manafov, 72 - Rövlan Muradov, 63-pen.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mərdəkan. “Dalğa Arena”
Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 23. Nuno Rodriqes.
Baş məşqçi: Azər Bağırov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 16. Tural Axverdiyev, 12. Abu Dosso, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.