"Ağsu”nun sabiq baş məşqçisi Rüfət Quliyev özünə yeni iş yeri tapıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin keçmiş futbolçusu bundan sonra "Baku Sporting"də çalışacaq.
O, bu komandanın 14 yaşlılardan ibarət kollektivinə baş məşqçi təyin olunub.
Qeyd edək ki, Rüfət Quliyevin sonuncu iş yeri "Səbail”in U-17 komandası olub. O, bir ildir ki, işsiz idi.
Quliyev "Ağsu”nun baş məşqçisi olduğu dönəmdə bölgə təmsilçisi çempionluğu bayram etməklə yanaşı, bir dəfə gümüş, iki dəfə gümüş medalların sahibi olub.
Mirağa