Ötən gün UEFA Avropa Liqasıda keçirilən oyunlardan sonra reytinq siyahısı yenilənib.
Fanat.Az xəbər verir ki, baş tutan görüşlər əmsallar cədvəlində Azərbaycanın da reytinq xallarının artmasına şərait yaradıb.
"Qarabağ" ölkəmizə 0,125 əmsal qazandırıb. Ağdam klubu bunu Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə, Sloveniya "Olimpiya"sı ilə evdə 1:1 hesablı heç-heçə sayəsində bunu reallaşdırıb. Beləliklə, cari mövsümdəki ümumi qazanc 2,625-ə yüksəlib.
Son 5 mövsümdəki ümumi reytinq xalı 16,875-ə çatan Azərbaycan reytinqdə 29-cu yerdə qalıb. 28-ci sıradakı Slovakiya ilə aradakı xal fərqi də 0,500-ə bərabərdir. "Alt mərtəbədəki qonşu" Moldova isə xeyli geridədir - 12,875.
UEFA reytinqinə 89,178 xalla İngiltərə başçılıq edir. İspaniya (75,989) ikinci, İtaliya (71.712) isə üçüncü pillədədi.