Misli Premyer Liqasında V turun oyunları sürprizlərlə yadda qaldı. “Qarabağ” Bayıl səfərindən əliboş döndüsə, “Sabah” doğma meydanda “Turan Tovuz”a böyük hesabla uduzdu. Elə lider “Zirə” də bu tur xalsız qaldı...
“Sabah” – “Turan Tovuz” 0:3
Qollar: Roderk Miller, 19. Şəhriyar Əliyev, 56. Belaydi Pusi, 79.
“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 12. Vinsent Til
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22., Seymur Məmmədov, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 60. Səbayıl Bağırov, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov
“Sabah” “Partizan”la oyunlardan sonra özünə gəlməyə çətinlik çəkir. Ötən tur “Zirə”yə “quru” hesabla uduzan Murad Musayevin komandası bu dəfə “Turan Tovuz” qarşısında “ağ bayrar” qaldırdı. Özü də “Sabah” bu tur da qol vurmağı bacarmadı. Masazırdakı görüşdə hesabı Miller 19-cu dəqiqədə açdı. Qeyd edək ki, bu futbolçu ötən tur “Turan Tovuz”un “Səbail”lə oyundakı təsəlli qoluna da imza atmışdı. “Sabah” cavab qolu vurmaq üçün böyük qüvvə ilə irəli atılsa da, hücumları məntiqi sonluğa çatdırmaq heç cür mümkün olmurdu. “Sabah”ın futbolçuları irəlidə “dişsiz” təsir bağışlayır, müdafiədə də tez-tez adi səhvlərə yol verirdilər. Belə səhvlərin sayəsində Şəhriyar Əliyev də qol müəllifi oldu. Təcrübəli müdafiəçi künc zərbəsindən sonra onu nəzarətsiz qoyan rəqibi cəzalandırdı. Təskinlik qolu üçün irəli atılan meydan sahiblərini 79-cu dəqiqədə Pusi də məyus etdi. Bununla da “Sabah”ın 0:3 hesablı darmadağını rəsmiləşdi.
Üç turdur ki, qələbəyə həsrət qalan “Sabah” cəmi 4 xal toplayıb ki, bu da ona 8-ci sıradan yuxarı qalxmağa imkan vermir. Xalını 9-a yüksəldən “Turan Tovuz” isə ikinci pillədə qərarlaşıb.
“Qəbələ” – “Zirə” 1:0
Qol: Rauf Hüseynli, 20.
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Lider “Zirə” üçün Qəbələ səfəri uğursuz oldu. İtkisiz irəliləyən Rəşad Sadıqovun komandası səfərdə minimal hesabla uduzdu. Oyundakı yeganə qolu Rauf Hüseynli 20-ci dəqiqədə qonaqların qapısından keçirdi. Tərəflərin hər ikisi daha çox müdafiə meyilli futbol sərgilədiyindən hesab açıldıqdan sonra belə rəngarəng hücumlara və ya “Zirə”nin risk edərək böyük qüvvə ilə irəliyə atılmasına şahdlik etmədik. Sanki qonaqlar məğlub olsalar belə liderliyi itirməyəcəklərini bildirklərindən risk etməyi lazım bilmədilər. Belədə “Qəbələ” də mövsümün ilk qələbəsini qazandı.
Lideri büdrədən “qırmızı-qaralar” ilk üç xala sevinsələr də, bu qələbə onların sonuncu pilləni tərk etməsinə yetərli olmadı. Maraqlıdır ki, məğlub olan “Zirə”nin də mövqeyində dəyişiklik olmadı. Qəsəbə təmsilçisi 12 xalla turnir cədvəlinə başçılıq etməkdədir.
“Sumqayıt” – “Neftçi” 1:0
Qol: Dieqo Valdes, 74.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 16. Tural Axverdiyev, 11. Kazimir Ninqa, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
“Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 41. Samir Həsənov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Liderin büdrəməsi “Neftçi”nin işinə yaradı. Ardıcıl ikinci qələbəsini qazanan “ağ-qaralar” liderə yaxınlaşmaq fürsətini əldən vermədilər. Düzdür, bu qələbə onlara heç də asan başa gəlmədi. Meydan sahibi “Sumqayıt” inamla müdafiə olunur, ara-sıra “Neftçi”nin qapısı qarşısında təhlükə də yaradırdı. Amma 90 dəqiqə ərzində qapılara cəmi bir qol vuruldu ki, həmin qol da ağ-qara rənglərə könül verən azarkeşləri sevindirdi. Qolun müəllifi isə “Neftçi”nin yeni transferi Valdes oldu. “Neftçi” formasıyla ilk oyuna çıxan legioner 74-cü dəqiqədə görüşün taleyini həll etdi. Son dəqiqələrdə “Sumqayıt” bu qolun cavabını verə bilərdi, amma həmin epizodda meydan sahiblərinə dəqiqlik çatmadı. Maraqlıdır ki, oyunun final fitindən dərhal sonra “Kapital Bank Arena”da projektorlar söndürüldü. Azarkeşlər və futbolçular arenanı qaranlıqda tərk etməli oldular.
Xalını səkkizə yüksəldən “Neftçi” artıq üçüncü pillədədir. 7 xallı “Sumqayıt” isə paytaxt təmsilçisinin ən yaxın izləyicisidir.
“Kəpəz” – “Araz-Naxçıvan” 1:2
Qollar: Mate Kvrikviya, 78 - Orxan Əliyev, 40-pen.; 45
"Kəpəz": 1. Vladislav Vasilyuçek, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fal, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya
Baş məşqçi: Azər Məmmədov
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 42. Kadiri Mohammed, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
Ötən tur “Qarabağ”dan xal qoparan “Kəpəz” bu dəfə doğma meydanda uduzdu. Özü də rəqib elə də güclülərdən sayılmayan, elitanın debütantı “Araz Naxçıvan” idi. Gəncəlilər bu vacib oyunda xal itirməklə azarkeşlərini məyus etdilər. Bu çətin görüşün taleyini Orxan Əliyev birinci hissənin sonlarında həll etdi. 40-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən “Araz Naxçıvan”ın futbolçusu 5 dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurdu. Belədə komandalar fasiləyə qonaqların iki top üstünlüyü ilə yollandılar. Fasilədən sonra “Kəpəz” oyunu xilas etmək üçün çox çalışdı. Amma meydan sahiblərinin gücü cəmi bir qol vurmağa kifayət etdi. Gəncəliləri gürcü Mate Kvrikviya 78-ci dəqiqədə ümidləndirdi. Di gəl ki, bundan artığını etmək mümkün olmadı.
“Araz Naxçıvan” artıq xalını yeddiyə yüksəldib. Düzdür, onlar topların fərqinə görə 7-ci sırada qərarlaşıb. Lakin qeyd etmək lazımdır ki, onların xalı 4-cü sıradakı “Sumqayıt”la eyndirir. Deməli, Naxçıvan təmsilçisinin nəticəsi heç də pis sayılmamalıdır. 4 xallı “Kəpəz” isə təkcə “Qəbələ”ni qabaqlayır.
“Səbail”– “Qarabağ” 2:1
Qollar: Aleksandr Ramalinqom, 17-pen; 41 - Hamidu Keyta, 3.
“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 6. Cabir Əmirli, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Turun bağlanış oyunda da açılış qarşılaşmasındakı kimi sensasiya baş verdi. “Səbail” “Qarabağ”ı Bayıldan xalsız yola saldı. Maraqlıdır ki, “Qarabağ” “Kəpəz”lə oyunda olduğu kimi, bu dəfə də erkən qolla hesabı açdı. Lakin bu üstünlüyü qorumaq mümkün olmadı. Keytanın 3-cü dəqiqədə vurduğu qolun cavabı 14 dəqiqə sonra Aleksandr Ramalinqomdan gəldi. Penaltidən fərqlənən fransalı hücumçu fasilə ərəfəsində “Qarabağ”ı yenidən məyus etdi. Onun 41-ci dəqiqədə vurduğu qol sayəsində “dənizçilər” fasiləyə üstün yollandılar. Tərəflərin çoxsaylı cəhdləri fayda verməyincə ikinsi hissədə azarkeşlər qol görmədi. Belədə görüş “Səbail”in 2:1 hesablı qələbəsiylə yekunlaşdı.
Həm “Qarabağ”ın, həm də “Səbail”in 7 xallı var. Amma daha yaxşı top fərqinə malik “köhlən atlar” 5-ci, “dənizçilər” isə 6-cı sırada qərarlaşıb.
Amal Abuşov