"Neftçi" daha bir legioner transfer edə bilər.
Fanat.Az-ın məlumatına görə, "ağ-qaralar" Çilinin "Union La Kalera" klubunun forvardı Matias Kavalyeri ilə maraqlanır.
Çilinin U-23 millisində oynamış Kavalyerinin klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.
O, daha öncə ölkəsinin "Palestino", "Kuriko Unido" klublarının da formasını geyinib.