“Qarabağ”da gözlənilməz ayrılıq baş verib.
Fanat.Az xəbər verir ki, qapıçı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.
Türkiyə KİV-i 29 yaşlı qolkiper “Adana Dəmirspor”la anlaşdığını yayıb. Xəbərə görə, o, yeni komandası ilə 2+1 illik müqavilə imzalayacaq. Adana təmsilçisinin bu keçid üçün Ağdam təmsilçisinə təzminat ödəməyəcəyi qeyd olunub.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da çıxış edir.
Nahid Məmmədov