“Dinamo Kiyev”in yarımmüdafiəçisi Kahim Perris karyerasını Azərbaycan çempionatında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Ukrrayna nəhənginin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, yamaykalı legioner 2023/2024 mövsümünün sonuna kimi vitse-çempion "Sabah"a icarəyə verilib.
Qeyd edək ki, Kahim 2022-ci ilin sentyabrında “Dinamo”ya keçib və o vaxtdan bu klubda 15 oyun keçirib, 3 məhsuldar ötürmə edib. Ukraynalılar onu Sloveniyanın "Koper" klubundan 1 milyon avro ödəyərək alıb.
Mirağa