“Azərbaycanla oyunda De Bröyneni əvəz etməyə hazıram”.
Fanat.Az xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Şarl de Ketelare ölkəsinin mətbuatına açıqlamasında deyib.
22 yaşlı hücumameyilli yarımmüdafiəçi kapitan Kevin De Bröynenin yoxluğunda AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək görüşdə boşluğu doldurmaq arzusunda olduğunu söyləyib: “Millidə oynamaq həmişə şərəfdir, amma bunu klubundakı çıxışınla qazanmalısan. Kevinin zədəli olması bizim üçün böyük itkidir. Baş məşqçi mənə ehtiyac duysa, özümü göstərməyə çalışacağam”.
Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika görüşü saat 17:00-da başlayacaq.