Belçika millisinin futbolçusu Zeno Debast AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı Bakıda keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi sentyabrın 9-da "Dalğa Arena"da baş tutacaq matçda meydanda olmaq istədiyini deyib:
“Milli mənim üçün yaxşı imkandır. Yan Vertongenlə eyni klubda yer aldığım üçün ondan çox şey öyrənirəm. Onunla “Anderlext”də tandem təşkil edirəm. Amma sırf bu səbəbdən mənə üstünlük veriləcəyini düşünmürəm. Azərbaycana qarşı oynamaq istəyirəm”.
Qeyd edək ki, Mərdəkanda reallaşacaq görüşün start fiti saat 17:00-da səsləndiriləcək.