2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "İrəvan" FK heyətini daha bir futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Birinci Liqa təmsilçisi "Araz-Naxçıvan" klubunun yarımmüdafiəçisi Fəhmin Muradbəyli ilə 1 illik müqavilə imzalayıb.
"Neftçi"nin yetirməsi olan Fəhmin Muradbəyli daha əvvəl "Səbail" və "Şamaxı" klublarında forma geyinib. 27 yaşlı yarımmüdafiəçinin son iş yeri "Araz-Naxçıvan" olub.
Fəhmin Muradbəyli Azərbaycanın U-17, U-19 vǝ U-21 millilərinin də şərəfini qoruyub.