Belçika yığmasının futbolçusu Yannik Karrasko AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qol vurmasından danışıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Dalğa Arena"da təmsilçimizin qapısına Filippo İnzagisayağı yol tapdığını deyib: “İnzagi neçə belə qol vurub. Onun vurduğu qollara bənzədi.
Gənclər bizi dinlədiyi üçün Yan Vertongen, Romelu Lukaku və mən şanslıyıq. Danışmaqla, məşq etməklə və xətləri bağlamaqla komandaya kömək etməyə çalışıram. İstəyirik ki, gənclər bizdən örnək götürsünlər”.
Qeyd edək ki, Mərdəkanda baş tutan oyun qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.
Nihat