“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Türkiyədə “Fənərbaxça” və Danimarkanın “Norşellannd” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunun oyununda UEFA nümayəndəsi olacaq.
Sentyabrın 21-də İstanbulda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.