14:07 19.09.2023 800

\"Qarabağ\"ın \"Mölde\"dən alacağı revanş da var\" - SORĞU

Sentyabrın 21-də Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxacaq "Qarabağ" Norveçin "Mölde" komandasını qəbul edəcək.

Bir neçə idman jurnalisti ilə əlaqə saxlayıb Ağdam təmsilçisindən bu matçda nə gözlədiklərini soruşduq.

Media mənsublarının Fanat.Az-a açıqlamalarını diqqətinizə çatdırırıq:

Rəşad Ergün ("Komanda.az"): "Qarabağ"ın qrupda xal və ya xallar qazana biləcəyi oyunlardan biri elə ilk turun matçıdır. Azarkeşlərin də dəstəyi ilə norveçliləri Bakıda məğlub etmək olar. Avropa Liqasına uğurlu start verməyin əhəmiyyətini hər iki komanda yaxşı anlayır. Amma "Qarabağ"ın meydan, azarkeş amili üstünlüyü var. Bir sözlə, "Mölde"ni məğlub etmək mümkündür və "Qarabağ"ın minimal hesablı qələbə qazanacağını düşünürəm.

Ceyhun Rzayev (ATV): "Mölde"nin İstanbulda "Qalatasaray"a qarşı matçına baxmışam. Norveç təmsilçisi çox yaxşı komandadır. Həmin oyunda "Qalatasaray"dan üstün futbol sərgiləmişdilər. Türklər sırf futbolçuların fərdi keyfiyyəti hesabına mərhələ adladılar. Ona görə "Qarabağ"a çətin olacaq. Mən "Qarabağ"ın qalib gələcəyini, ən pis halda, 1 xal götürəcəyini düşünürəm. Çünki təmsilçimiz də kollektiv oyun planında yaxşıdır. Həm də hiss olunur ki, "Qarabağ" tədricən pik formaya yaxınlaşır".

Kənan Məstəliyev ("Rekord.az"): "İlk matç olduğundan hər iki komanda yarışa uğurlu start verməyə çalışacaq. Hər ikisi iddialıdır. "Qarabağ" son görüşdə - "Sabah"la matçda göstərdi ki, fasilədən yaxşı yararlanıb, fiziki durumunu qaydasına salıb. Sona qədər mübarizə apara, 90 dəqiqə yüksək tempdə futbol oynaya bilər. Təbii ki, rəqib imkan versə. "Mölde" oyun ərzində istədiyi vaxt tempi qaldırıb aşağı salmaq bacarığına malik, möhkəm komandadı. Məncə, onlar da bizi yaxşı təhlil ediblər, müvafiq oyun nümayiş etdirəcəklər. Çox da qollu oyun olmaya bilər, bir qol vuran tərəf böyük üstünlük əldə edəcək. "Qarabağ"ın "Mölde"dən pandemiya dövründən qalan, alacağı revanş da var. Bu baxımdan oyun həm də mənəvi tərəfdən əhəmiyyət daşıyacaq. Proqnoz olaraq isə düşünürəm ki, "Qarabağ" uduzmayacaq".

İlkin Sultanlı ("Futbol+"): "Mölde" çətin rəqibdir. Son çempionat oyununa nəzər yetirdikdə ODD-u 4:1 hesabı ilə məğlub etdiyinin şahidi oluruq. Rəqib cihanlardan sürətli hücumlar təşkil edir. Maraqlı məqam da burasındadır. Ağdam təmsilçisi müdafiənin mərkəzində boşluq versə, "Mölde" "köhlən atlar"ı cəzalandıra bilər. Ümumilikdə komandaları müqayisə etsək, "Qarabağ" doğma meydanda rəqibi məyus edəcək potensialdadır. Julio Romao, Marko Yankoviç, Yassin Benzya üçlüsü görüşün taleyini həll etməlidir. Orta xətdə oyuna nəzarət edə bilsək, "Molde"nin Bakıda işi çətin olacaq. Düşünürəm ki, Qurban Qurbanov rəqibi yaxşı təhlil edib. Ağdam təmsilçisinin uğur qazanmaq ehtimalının daha çox olduğunu düşünürəm. Şansları 60-ın 40-a dəyərləndirirəm".

Ruslan Sadiqov ("Report.az"): "Qrupun aşkar favoriti “Bayer” olduğundan, digər 3 komandanın bir-birləri ilə oyunları finala bərabər sayılacaq. “Qarabağ”ın ilk matçının Bakıda olması da üstünlükdür. Çünki uğurlu start hər zaman gedişata təsir edir. Komandamızın ən azı bu həftə uzaq səfərə çıxmaq problemi də yoxdur. Üstəlik, “Sabah”la çempionat oyunu göstərdi ki, Qurban Qurbanov yetirmələrini pik formaya çıxarmağa yaxındır. Ancaq digər tərəfdən “Molde” də Bakıya əla vəziyyətdə gəlir. Təsadüfi deyil ki, Norveç klubu ölkə çempionatında son məğlubiyyətini iyunda alıb. Üstəlik, onlarda mövsümün ortaları olduğu üçün futbolçular tam hazır durumdadırlar. Hər iki komandada ümumi vəziyyət yaxşı olduğundan, bizi başabaş mübarizə gözləyir. Belə oyunlarda isə adətən hesabı açan tərəf üstünlüyü əldən vermir. “Qarabağ” “Molde”nin cinahlarını zərərsizləşdirə bilsə, Zubir-Juninyo-Benziya “trio”sunun ustalığı sayəsində hücumda fərq yarada bilər".

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X