Azərbaycan I Liqasının III turunun oyun cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, iki günə sığacaq turun açılış oyununda iki iddialı komanda - "Qaradağ Lökbatan"la "İrəvan" münasibətlərinə aydınlıq gətirəcək.
Tərəflər 27 sentyabrda "Neftçi"nin Futbol Mərkəzində üz-üzə gələcəklər.
Turun bütün görüşləri Peşəkar Futbol Liqasının "Youtube" kanalında (I Liqa / II Liqa) canlı yayımlanacaq.
Azərbaycan I Liqası
III tur
27 sentyabr
“Qaradağ Lökbatan” – “İrəvan”
Neftçi Futbol Mərkəzi (IV meydança), 14:00
“Araz Saatlı” – “Mingəçevir”
Saatlı OİK stadionu, 15:00
“Karvan” – “Difai Ağsu”
Yevlax şəhər stadionu, 15:30
28 sentyabr
“Zaqatala” – MOİK
Zaqatala OİK stadionu, 15:00
“İmişli” – “Şamaxı”
Saatlı OİK stadionu, 15:30