Birinci Liqanın 2-ci turunda "Qaradağ Lökbatan"ı qəbul edən "Mingəçevir" 0:2 hesablı məğlubiyyətlə üzləşdi. Komandanın baş məşqçisi Samir Məmmədovla əlaqə saxlayıb doğma meydanda ağır yenilgi ilə bağlı fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Bəribaşdan deyim ki, komandanın oyunu alınmadı. Növbəti tura hazırlaşırıq. Qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.
İkinci turda hakimliklə bağlı problem yox idi. Düzdür, iki futbolçumuz meydandan qovuldu. İstəməzdim ki, belə olsun. Yenidən bir daha izləyəcəyik, cəzalarını verəcəyik. İstəyimiz ilk növbədə intizamlı komandanın olmasıdır".
Nahid Məmmədov