Misli Premyer Liqasında bu mövsüm məşqçi intizamsızlığı ilə diqqət çəkir. Təsadüfi deyil ki, geridə qalan 7 turda artıq 7 məşqçiyə qırmızı vərəqə göstərilib. Bunlardan 4-ü baş məşqçi, 3-ü isə köməkçilərdir. Ümumiyyətlə sarı və qırmızı vərəqələrin cəmi sayı 22-yə çatır.
Sözsüz ki, vərəqə sayının çoxluğu təsadüfi deyil. Düzdür, aqressiv formada etiraz edən və buna görə vərəqəni haqq edən məşqçilər də olub. Ancaq əksəri sırf "danışmağ"a görə cəzalanıblar. Qurban Qurbanov kimi haqlı ola-ola haqsız duruma düşənlər də var...
Məsələ burasındadır ki, bu mövsümdən UEFA-nın təlimatı var. Bu barədə bir müddət əvvəl media nümayəndələri üçün seminar təşkil edən Hakimlər Komitəsinin sədri Barış Şimşək məlumat vermişdi. Türkiyəli funksioner bildirmişdi ki, yeni qaydalara görə etiraz bildirən mütəxəssislər şifahi xəbərdar olunmadan dərhal vərəqə ilə cəzalanmalıdır. Etirazın formasından asılı olaraq, narazılığını dayanmadan davam etdirən şəxs "qırmızı" da ala bilər. Bu, hakimlərin əlində silah olub və onlar şifahi danışığa vaxt itirməyib əllərini ciblərinə atırlar.
Gələk intizamlı-intizamsız məşqçilərin təsnifatına.
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov 2 oyunda vərəqə alıb. Bu baxımdan "Qəbələ"nin məşqçisi Rasim Ramaldanov və "Sabah"ın çalışdırıcısı Murad Musayev ondan çox vərəqə görüb. Hər ikisi üç oyunda cəzalanıb. Ramaldanovun sonuncu dəfə - "Qarabağ"la görüşdə aldığı vərəqənin rəngi qırmızı olub. Elmar Baxşıyevin köməkçisi növbəti 2 turda texniki zonada yer ala bilməyəcək. Musayev isə 3-cü turda aldığı qırmızı vərəqəyə görə İntizam Komitəsi tərəfindən 2 matçlıq diskvalifikasiya olunsa da, həmin oyunlardan 1-i şərti olub.
Samir Abasov isə 6-cı turda "Zirə" ilə qarşılaşmada hakimi təhqir etdiyinə görə ağır sanksiyaya məruz qalıb. İK ona 5 oyun cəza kəsib. Düzdür, bunlardan 2-si şərtidir. Bundan başqa, həmin turda Tovuzda eyni səbəbdən cəzalanan "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov da 5 oyun "alıb" və bunun 2-si şərti olub. Ancaq qeyd etdiyimiz kimi, Abasova 2 oyunda hakim tərəfindən vərəqə göstərilib.
Hakimlər Premyer Liqa klublarının 10 baş məşqçisindən 5-nə qırmızı və ya sarı vərəqə göstəriblər. Bu mənada Şahin Diniyev, Azər Bağırov, Adrian Mutu, Ayxan Abbasov, və Azər Məmmədov hələ "radar"a düşməyiblər. Baxmayaraq ki, "Turan Tovuz"un çalışdırıcısı texniki zonada məşqçi vəsiqəsini boynundan asmadığı üçün sonradan İntizam Komitəsi tərəfindən maddi planda cəza alıb.
Qeyd etdiyimiz kimi, bir çox klubun köməkçi-məşqçisi də sarı və ya qırmızı vərəqə alıb. Bu mənada yalnız "Araz-Naxçıvan"la "Turan Tovuz" seçilir. Debütantla qərb təmsilçisinin məşqçilər korpusu intizamlı olması ilə diqqət çəkir.
1-ci tur
Aurelian Boqdan ("Neftçi"nin məşqçisi) - sarı
2-ci tur
Elmir Xankişiyev ("Səbail"in məşqçisi) - sarı
3-cü tur
Murad Musayev ("Sabah"ın baş məşqçisi) - qırmızı
Cəzası - 2 oyun (1-i şərti)
Rasim Ramaldanov ("Qəbələ"nin məşqçisi) - sarı
Artur Olenin ("Sabah"ın məşqçisi) - sarı
Alin Çita ("Neftçi"nin məşqçisi) - sarı
4-cü tur
Artur Olenin ("Sabah"ın məşqçisi) - sarı
Rasim Ramaldanov ("Qəbələ"nin məşqçisi) - sarı
5-ci tur
Elmar Baxşıyev ("Qəbələ"nin baş məşqçisi) - qırmızı
Cəzası - 1 oyun
Murad Musayev ("Sabah"ın baş məşqçisi) - sarı
İlqar İsrafilov ("Sabah"ın rəsmisi) - sarı
Samir Abasov ("Sumqayıt"ın baş məşqçisi) - sarı
Etibar İbrahimov ("Kəpəz"in məşqçisi) - sarı
6-cı tur
Samir Abasov ("Sumqayıt"ın baş məşqçisi) - qırmızı
Cəzası - 5 oyun (2-si şərti)
Xaqani Məmmədov ("Qəbələ"nin məşqçisi) - qırmızı
Cəzası - 5 oyun (2-si şərti)
Rəşad Sadıqov ("Zirə"nin baş məşqçisi) - sarı
Eltun Yaqublu ("Zirə"nin məşqçisi) - sarı
7-ci tur
Mübariz Orucov (“Sumqayıt”ın məşqçisi) - qırmızı
Cəzası - 2 oyun (1-i şərti)
Rasim Ramaldanov (“Qəbələ”nin məşqçisi) - qırmızı
Cəzası - 2 oyun
Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi) - qırmızı
Cəzası - 1 oyun
Murad Musayev ("Sabah"ın baş məşqçisi) - sarı
İlkin Verdiyev ("Kəpəz"in məşqçisi) - sarı
Mirağa