"Neftçi" klubuna yeni mətbuat katibi təyin olunub.
Fanat.Az rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra bu vəzifəni Emin Əfəndi icra edəcək.
Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edən Emin Əfəndi 2014-cü ildə "justfootball.com" saytının və internet üzərində yayımlanan “justfootball” ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb. 2022-ci ildə “Radio Enerji”də yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.
Əfəndi hazırda xalq artisti Miri Yusifin prodüseri və bu ildən ASAN Radionun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri və müəllifidir.