Azərbaycanlı futbolçu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" bu gün İsveç çempionatında növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Musanın komandası 25-ci tur çərçivəsində "Halmstad"ı qəbul edəcək.
Matç Bakı vaxti ilə saat 17:00-da başlayacaq.
"Yurqorden" hazırda 40 xalla 4-cü, "Halmstad" isə 29 xalla 11-cidir. Siyahıya 52 xalla "Malmö" başçılıq edir.
Qeyd edək ki, yayda "Qarabağ"ı "Yurqorden"ə dəyişən forvard İsveç çempionatında meydana çıxdığı 8 matçda 2 qol vurub. O, həmçinin kubokda da 1 dəfə fərqlənib.