10:52 02.10.2023 710

\"Zirə\" yenə büdrədi, \"Sabah\" özünə gələ bilmədi - Tura baxış

Misli Premyer Liqasının VIII turu “Zirə”nin növbəti xal itkisindən sonra “Qarabağ”ın zirvəyə şərik olması ilə yadda qaldı. “Neftçi” ilə “Qəbələ” səfərdə çətin qələbə qazandılar. “Sabah” isə qələbə üzünə həsrətdi. “Bayquşlar” Bayılda da 3 xalı bayram edə bilmədilər.

“Qarabağ” – “Sumqayıt” 5:0
Qollar:
Olavio Juninyo, 22; 27. Toral Bayramov, 42-pen. Leandro Andrade, 44. Abdullah Zubir, 50.
“Qarabağ”: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao.
Məşqçi: Elçin Rəhmanov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 71. Masaki Murata.
Məşqçi: Seymur Rəhimov.

“Qarabağ” “Sumqayıt”ı növbəti dəfə böyük hesabla məğlub etdi. “Köhlən atlar” beş qolu 28 dəqiqə aralığına sığıdırdı. Olavio Juninyo 22-ci dəqiqədə fərdi ustalığı sayəsində hesabı açdı. Az sonra Juninyo “dubl”unu rəsmiləşdirdi. 42-ci dəqiqədə isə hesab darmadağın həddinə çatdı. Bu mövsüm “Qarabağ”ın ştatlı penalti vuranı funksiyasını yerinə yetirən Toral Bayramov yenə də “nöqtə”dən dəqiq zərbə vurdu və hesabı darmadağın həddinə çatdırdı. Amma bu da birinci hissədə son qol olmadı. Fasiləyə 1 dəqiqə qalmış Andrade fərqi daha da artırdı. Bununla da “Qarabağ” fasiləyə 4:0 hesablı üstünlüklə yollandı.
“Sumqayıt” ikinci hissədə azarkeşlərini daha  bir dəfə məyus etdi. 50-ci dəqiqədə Zubir də qol müəllifi kimi adını tribunaya yazdırdı. Meydan sahibləri bundan sonra təzyiqi bir qədər azaltdı. Sözsüz ki, bunda komandanın Avropa Liqasının qrup mərhələsini düşünməsi də rol oynadı. Artıq aktivində 16 xal olan “Qarabağ” zirvəyə şərik oldu. 8 xallı “Sumqayıt” 7-ci pillədədir. 

“Turan Tovuz” – “Neftçi” 0:1
Qol:
Aarin Olanare, 87
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 80. Otto Con, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 6. Dieqo Valdez, 25. Aaron Olanare
Baş məşqçi: Adrian Mutu

“Neftçi” Tovuz səfərində çox vacib qələbə qazandı. Lider “Zirə”nin məğlub olması, “Sabah”ın qələbə üzünə həsrət qalmasının fonunda bu üç xalın əhəmiyyəti böyük idi. “Ağ-qaralar”a qələbə gətirən qola Aarin Olanare 87-ci dəqiqədə standart vəziyyətdən sonra meydan sahiblərinin qapısına vurdu. Qola qədər də qonaqlar ərazi üstünlüyünə yiyələnmişdilər və “Turan Tovuz”un qapısı qarşısında tez-tez təhlükəli vəziyyətlər yaradırdılar. Meydan sahibləri hücuma keçməyə böyük həvəs göstərməməklə qolsuz heç-heçəyə ümid etdiklərinin görüntüsünü verirdilər. Amma 87-ci dəqiqədə gələn qol Ayxan Abbasovun planlarını pozdu. Bu yerdə onu da xatırladaq ki, “Turan Tovuz” bu mövsüm doğma meydanda qələbə üzünə həsrətdir.
Xalını 12-ə çatdıran “Neftçi” 5-ci pilləyə qədər yüksəlib. 11 xallı “Turan Tovuz” isə “Neftçi”dən elə bir pillə də geri qalır.

“Səbail” – “Sabah” 2:2
Qollar: Yusif Nəbiyev, 28. Adi Mehremiç, 87 – Emmanuel Apeh, 41-pen. Anatoli Nuriyev, 83.
Qırmızı vərəqə: Boyan Letiç, 90+5.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 99. David Qomis.
Baş məşqçi: Şahin Diniyev.
Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.

“Sabah” yenə də qələbəyə həsrət qaldı. Maraqlıdır ki, Bayıldakı ssenari ötən tur Masazırda yaşananların eynisi oldu. Yenə də məğlub duruma düşən “Sabah” sonradan əzmkarlıq göstərərək 2:1 hesabıyla önə keçdi. Amma qələbə hesabını qorumaq mümkün olmadı. Özü də “Sabah” bu dəfə də penalti vurmaq imkanı qazandı. Apeh 41-ci dəqiqədə penaltini dəqiq yerinə yetirdi. Buna qədərsə Yusif Nəbiyev cərimə zərbəsindən vurduğu gözəl zərbə ilə hesabı açmışdı. Qalan qollar son 10 dəqiqədə vuruldu. Nuriyev 83-cü dəqiqədə qonaqları önə keçirdi. Adi Mehremiç bundan 4 dəqiqə sonra hesabı bərabərləşdirdi. Sonda tərəflər meydandan “sülh”lə ayrıldılar.
14 xallı “Səbail” liderlər qrupundadır. Şahin Diniyevin çalışdırdığı komanda 3-cü yeri tutur. Cəmi 6 xalı olan “Sabah” isə turnir cədvəlində yalnız “Kəpəz”i qabaqlayır.

“Kəpəz” – “Qəbələ” 0:1
Qol:
Bilel Auaşeriya, 53
“Kəpəz”: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 22. Rüfət Əhmədov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 15. Cavad Kərimov, 91. Latir Fal, 21. Martins Junior
Baş məşqçi: Azər Məmmədov
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev

“Qəbələ” Gəncədə çox vacib qələbə qazandı. Meydan sahiblərinin doğma meydanda növbəti məğlubiyyəti də “istefa” şüarları ilə müşayət olundu. Qeyd etmək lazımdı ki, “Qəbələ”nin qələbə yetərincə ədalətli idi. Elmar Baxşıyevin komandası inamla müdafiə olundu, “Kəpəz”in təhlükəli sayılan futbolçuların əl-qolunu yaxşı bağlaya bildi. Ələ düşən qol fürsətindən maksimum yararlanan qonaqlar layiq olduqları 3 xalı qazandılar. Qəbəliləri sevindirəm qolu Bilel Auaşeriya 53-cü dəqiqədə künc zərbəsindən sonra vurdu. Elmar Baxşıyevin yetirmələri “ev tapşırığı”nı dəqiq yerinə yetirdilər. “Kəpəz”in çoxsaylı cəhdləri fayda vermədi.
Bu qələbə sayəsində “Qəbələ” sonuncu pilləni tərk etdi və yerini “Kəpəz”ə təhvil verdi. “Sabah”ın qələbə qazana bilməməsi “Qəbələ”nin də işinə yaradı və “qırmızı-qaralar” 8-ci pilləyə irəlilədi. 5 xallı “Kəpəz” isə “zirzəmiyə” lövbər salıb.

“Araz-Naxçıvan”– “Zirə” 1:0
Qol:
Nuno Rodriqes, 78.
Qırmızı vərəqə: İqor Ribeyro, 90+4.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 15. Pyer Zebli, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

“Araz Naxçıvan” layiqli oyunla vacib qələbə qazandı. Lider “Zirə” Mərdəkanda özünə bənzəmədi. Düzdür, qonaqlar böyük hesabla məğlub olmadı. Amma oyun səviyyəsinə görə “Araz Naxçıvan” rəqibindən xeyli üstün görünürdü. Təhlükəli vəziyyətlər “Zirə”nin qapısı qarşısında daha çox yaranırdı. Nuno Rodriqes 78-ci dəqiqədə vurduğu qol da oyunun məntiqi axarına uyğun idi və nominal meydan sahibləri məhz bu qolun sayəsində 3 xalı aktivinə yazdı. 
“Zirə” bu xal itkisindən sonra vahid liderliyi də əldən verdi. 16 xalla “Zirə” turnir cədvəlinin 1-ci pilləsində yer alsa da, “Qarabağ”ın xalı da eynidir. 13 xallı “Araz Naxçıvan” isə liderlər qrupundan uzaq düşmək fikrində deyil. Azər Bağırovun çalışdırdığı komanda 4-cü pillədə möhkəmlənib.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

22:50

Konte liderliyə yüksəltdiyi "Napol"ini bu kluba dəyişə bilər - SƏBƏB

22:13

Hələ ÇL-də Dembele kimisi olmamışdı - Tarixi rekord

21:48

Yüksək Liqa: "Araz-Naxçıvan" autsayderə rəhm etmədi

21:15

ÇL-də həftənin rəmzi komandası bilindi - "Arsenal"dan heç kim yoxdur

20:42

Birinci Liqa: "Qəbələ"dən inamlı, "Difai"dən əzmkar qələbə

20:07

Valverde geridönüşə inanır: "Biz finalın biraddımlığındayıq"

19:43

Azərbaycanın veteran ağırlıqqaldıranları 2 qızıl, 2 gümüş medal qazandılar

19:20

"Onlara Avropa Liqasının qalibi olaraq təşəkkür etmək istəyirik, amma..." - Ruben Amorim

18:51

22 yaşlı hücumçu İngiltərə nəhənginə keçməyə yaxındır - Təklif göndərildi

18:06

"Xankəndi" yarımfinala darmadağınla yüksəldi

17:44

"PSJ neytral azarkeşlərin də könlünü fəth edib" - Ouen Harqrivz

17:28

AFFA-nın vitse-prezidenti 1-ci Liqanın oyununda - FOTO

17:19

AFFA-nın Lisenziya Komissiyası 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verdi

17:01

AFFA "Qəbələ", "İmişli" və "Karvan"ın Premyer Liqada iştirakına rəsmən icazə verdi

16:43

"Cavid İmamverdiyevlə rəqabətdə olmaq çox xoşdur" - 2-ci Liqanın "Şəmkir"li bombardiri

16:27

Azərbaycan çempionatının bürünc medalçısı 6 oyunçusu ilə vidalaşdı

16:09

Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarıldı

15:52

1/4 finalın cavab oyunlarının nəticələri bilindi

15:35

"Qızıl top"a namizədlərin siyahısında dəyikiklik oldu - PSJ-nin 2 oyunçusu...

15:16

"Arsenal"ın yarımfinal kabusu davam edir

14:58

Avropa Kubokunda 19 cüdoçumuz içtirak edəcək

14:40

"Arteta ilə qətiyyən razı deyiləm" - Luis Enrike

14:22

"Böyük Dəbilqə" turnirində cüdoçularımızın rəqibləri müəyyənləşdi

14:04

"Biz onlardan çox üstün idik" - Mikel Arteta

13:46

MPL: "Qarabağ" - "Araz-Naxçıvan" oyunu FİFA referisinə tapşırıldı

13:28

"Bacarsaq, "Çelsi"nin qayıtdığı sübuta yetiriləcək" - Entso Mareska

13:10

PSJ - "Arsenal" matçının ən yaxşı oyunçusu bilindi - Donnarumma deyil

12:52

"İki oyunda üç-dörd qol vura bilərdik, amma..." - Deklan Rays

12:34

İntizam Komitəsi "Şəfa" - "Şahdağ Qusar" oyununun cəzalarını açıqladı

12:16

"Turan Tovuz" "Neftçi" ilə oyuna 5 itki ilə çıxacaq - ADLAR

11:39

Benzemalı "Əl-İttihad" Ronaldulu "Əl-Nəsr"i məğlub edib çempionluğa yaxınlaşdı

11:20

“Qarabağ” ÇL-də mübarizəyə ikinci mərhələdən başlayacaq

11:02

ÇL: Yarımfinalın ən yaxşısı adına namizədlər açıqlandı

10:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:07

ABL: "Neftçi" ilə "Sabah" yenidən üz-üzə

09:48

PSJ "Arsenal"ı belə çökdürdü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X